BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Adi fahişədən dəniz quldurlarının kraliçasına çevrilən qadın – ŞƏKİLLƏR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Çinli Çin Si 70 minlik ordunu əlində saxlayaraq dənizlərə hökmranlıq edib.

İstixeber.info ölkə.az-a istinadən adi fahişəlikdən öz dövlətini qurmağa doğru yol keçən qadının həyat hekayəsini çatdırır.

XIX əsrin əvvəlində Çin Si “Çiçəkli qayıq” dəniz fahişəxanasında işləyirdi. Bu gəmi fahişələrdə dolu idi. Cənub Çin dənizində səfər edən gəmi təkcə fahişələri yox, teatr səhnələri də təqdim edirdi.

26 yaşı olanda Çin Si müştəriləri arasında həyatının kişisini tapdı. Bu, dəniz qulduru Çjen İ idi. Çjen Cənub Çin dənizinin böyük hissəsini nəzarəti altında saxlayan təhlükəli quldurlardan biri idi. Nikahdan əvvəl Çin Si şərt qoydu: ona sadiq arvad olacaq və Çjen də donanma üzərində hakimiyyəti onunla bölüşəcək.

O dövr üçün minlərlə dənizçisi olan orduya qadının kişi ilə bərabər hüquqda idarəçilik etməsi ağlasığmaz idi. Amma quldur dənizində quru qanunları işləmirdi. Başqa qanunlar var idi. Məsələn, cütlüyün uşağı olmadığı üçün quldurlar balıqçıların 15 yaşlı Çjan Baotszay adlı oğlunu oğurladılar. Çin Si oğlanla cinsi əlaqəyə girdi və tezliklə kraliça oldu. Ailə səadəti uzun sürmədi. İki il sonra Çjen İ vəfat etdi. Xanım Çjen isə hakimiyyəti əlinə keçirdi. Onun nəzarəti altında 70 min quldur və 400 gəmi var idi. Bu, böyük bir donanma idi.

Xanım Çjen şahzadə-konsort kimi cavan məşuqu Çjan Baotszayı, yəni oğulluğunu təyin etdi. Çox güman ki, cütlük uşağı əsl övladları kimi yox, məşuq kimi qəbul edirdilər və İnin ölümündən sonra Çinin qanuni müdafiəçisi olacağını hədəfləmişdilər.

Xanım Çjenin gəmilərində sərt qaydalar var idi. Yeni əri ilə birlikdə Çjen daha sərt qaydalar təyin etdi. Əgər kimsə özündən rütbəcə böyük adamın əmrinə tabe olmurdusa, onun başını kəsirdilər. Əsir qadınları zorlamaq, xəzinədən oğurluq etmək də ölümlə cəzalandırırdı. Quldurlar bəzi qadınları arvad və ya cariyə edir, digərlərini buraxırdılar. Çjen asanlıqla donanmaları birləşdirərək iri dəniz qulduru koalisiyası qurdu.

XVIII-XIX əsrlərdə dəniz quldurları qruplaşmaları təkcə hökumətlərin təqib etdiyi ittifaqlar yox, eyni zamanda siyasi ittifaqlar idi. Onların öz təsir dairələri və gücləri var idi. Onların öz mədəniyyət və qanunları var idi. Çjan Baotszay tezliklə yeni liderə çevrildi.

Amma dənizdə belə bir qüdrətli fiqurun olması heç kəsin ürəyincə deyildi. 1808-ci ildə Çin hökuməti Çin Sinin donanmasını məhv etmək qərarına gəldi. Amma quldurlar hücumları dəf etdilər və Çin ordusu balıqçı qayıqlarında geri qayıtdı. Uzun illər Portuqaliya, Britaniya donanmaları ilə yanaşı bir çoxları Qırmızı Donanmanı məhv etməyə çalışdı. Quldur ordusu zəifləsə də, onu məhv etmək mümkün olmadı. Çin imperatoru Tsin xanım Çjenə sülh təklif etdi: quldurlar əməllərinə son verirlər və cəmiyyətin üzvünə çevrililər.

1810-cu ildə Çjen hökumət tərəfinə keçməyə razılıq verdi. Onun ərinə Çin hökumətində vəzifə verdilər. Bir neçə il sonra cütlüyün oğlu dünyaya gəldi. 10 il sonra isə Çjen yenə dul qaldı. Bundan sonra isə o, Qounçjou rayonuna köçdü və mərc oyunları, narkotik maddə alveri edən obyekt açdı. Xanım Çjen 69 yaşında öldü. Bu, bir dəniz qulduru üçün çox uzun yaş dövrü sayılırdı…

Adi fahişədən dəniz quldurlarının kraliçasına çevrilən qadın - ŞƏKİLLƏR

Adi fahişədən dəniz quldurlarının kraliçasına çevrilən qadın - ŞƏKİLLƏR

Adi fahişədən dəniz quldurlarının kraliçasına çevrilən qadın - ŞƏKİLLƏR

Adi fahişədən dəniz quldurlarının kraliçasına çevrilən qadın - ŞƏKİLLƏR

Adi fahişədən dəniz quldurlarının kraliçasına çevrilən qadın - ŞƏKİLLƏR

Adi fahişədən dəniz quldurlarının kraliçasına çevrilən qadın - ŞƏKİLLƏR

Adi fahişədən dəniz quldurlarının kraliçasına çevrilən qadın - ŞƏKİLLƏR

Adi fahişədən dəniz quldurlarının kraliçasına çevrilən qadın - ŞƏKİLLƏR
İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26