BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ABŞ mediasından Trampa ŞOK İTTİHAM!


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ABŞ-ın “New York Times” qəzeti prezident Donald Trampın şirkətlərinin 1985-1994 illərində 1,17 milyard dollar zərərə uğradığını iddia edib.

İstixeber.info xəbər verir ki, ABŞ-da prezident Trampın vergi ödəmə sənədlərini açıqlamaması ilə bağlı müzakirə davam edərkən, “New York Times” Trampın vergi sənədlərini əldə etdiyini iddia edib. Qəzetin xəbərinə görə, Trmpın şirkətləri 1985-1994 illəri arasında 1,17 milyard dollar zərərə uğrayıb. Tramp bu zərər sənədi sayəsində söz mövzusu illərdə gəlir vergisi ödəməkdən də azad olub.

TRAMP “NEW YORK TİMES”-a YENƏ QƏZƏBLƏNDİ

Tramp isə davamlı “yalan xəbərlər” yaymaqda günahlandırdığı “New York Times”-ın xəbərinə Twitter hesabından təpki göstərib. 1980 və 90cı illərdə əmlak işiylə məşğul olanların hamısının zərərə düşdükləri ilə bağlı qeydlərinin olduğunu deyən Tramp, “O illərdə hər kəs vergi səbəbiylə özünü zərərə uğramış kimi göstərirdi. Bunu bütün əmlakçılar edirdi və daha sonra banklarla yenidən masaya otururdu. Bu bir idman kimi idi” deyə qeyd edib.
Tramp “New York Times”-I günahlandıraraq “Bundan başqa, ortaya atılan olduqca köhnə məlumatlardır, son dərəcə səhv doğru olmayan xəbərlərin müvəffəqiyyətli işidir” deyə bildirib./Müxalifət.az

İstixeber.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26