BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Abdullah Gülə SUİ-QƏSD CƏHDİ: avtomobilinə zəhərli qaz buraxıldı və…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Türkiyə Respublikasının 11-ci prezidenti Abdullah Gülün həyat yoldaşı Hayrünnisa Gül onun haqqında sirli məqamları açıb.

İstixəbər.info publika.az-a istinadla xəbər verir ki, Hayrünnisa Gül həyat yoldaşının hər zaman xidməti avtomobilindən düşərkən sərxoş kimi olduğunu deyib.

Həmçinin əlavə edib ki, sanki Abdullah Gül avtomobildə olarkən içəri zəhərli qaz buraxılır. Bu faktı isə Abdullah Gülə sui-qəsd kimi dəyərləndirib.

Sözügedən fikirlər “Milliyyət” qəzetinin yazarı Tələt Atillanın yeni məqaləsində yer alıb. Yazıda iddia edilib ki, dövlət tərəfindən Abdullah Gülə verilən avtomobildən pis qoxu gəlib. O da bu qoxunu aradan qaldırmaq üçün avtomobili kimyəvi təmizləməyə göndərərək dezinfeksiya etdirib. Lakin qoxu daha da artıb. Bundan sonra məsələyə Hayrünnisa Gül müdaxilə edib. O, avtomobilin həmişəki servisdə deyil, başqa təmir mərkəzində yoxlanılmasını tapşırıb. Yoxlanmadan sonra məlum olub ki, avtomobilin kondisionerində problem yaranıb. Qaz qoxusu da oradan gəlib.

Abdullah Gül təmirin ödənişini öz cibindən edib. Ödənişin qəbzi pulun geri qaytarılması üçün Prezident Aparatına göndərilib. Lakin PA-dan əməkdaşlıq etmədikləri bir yerdə edilən təmirin pulunu ödəyə bilməyəcəkləri cavabı verilib.

Bütün bu faktların yer aldığı yazı daha sonra naməlum səbəblərdən silinib.
Abdullah Gülə SUİ-QƏSD CƏHDİ: avtomobilinə zəhərli qaz buraxıldı və...

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26