BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Abbas Bağırovun köməkçisi həbs edildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Tanınmış müğənni Abbas Bağırovun köməkçisi işləmiş Mehrəliyev Orxan Bayram oğlu həbs edilib.

İstixəbər.info xəbər verir ki, O.Mehrəliyev külli miqdarda dələduzluqda təqsirli bilinir.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Abbas Bağırovun özüdür.

Belə ki, Orxan Mehrəliyev müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib.

Bundan sonra A.Bağırov köməkçisi barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, dələduzluq faktı üzrə dörd nəfər zərərçəkmiş şəxs var./oxu.az

İstixəbər.info

loading...
Dizayn: VETENİM.İNFO TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26