BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qonşuları “Toppuş bacını” “öldürdülər”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyevada yenidən xərçəng aşkarlanıb.

İstixəbər.info Oxu.Az-a istinadən xəbər verir ki, sənətçi müalicəsinə davam edərək kimyaterapiya alır və şüa qəbul edir.

Vəziyyəti isə yaxşıdır. Lakin aktrisanın qonşularından bir nəfər sosial şəbəkədə onun vəfat etdiyini iddia edib.

O, “30 dəqiqə əvvəl keçinib. Mühafizədən soruşdum, o da təsdiqlədi”, – deyə yazıb.

Ancaq məlum olub ki, Tünzalə Əliyeva hazırda terapiyadan çıxıb və evinə gedir. Bu gün sənətçinin həyat yoldaşı Röyalın doğum günüdür.

Qeyd edək ki, sənətçi saytımıza açıqlamasında 25 dəfə şüa, altı dəfə isə kimyaterapiyaya gedəcəyini bildirilib.

Məlumat üçün bildirək ki, “Toppuş bacı”nın uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26