BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycana idxal olunan “Premium Euro-95” və “Super Euro-98” markalı benzinin qiyməti dəyişib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycana idxal olunan “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti artıb.

İstixəbər.info saytının məlumatına görə, “Premium Euro-95” markalı benzinin satış qiyməti 1.50 manat, “Super Euro-98”in isə 1.60 manat olub.

Qeyd edək ki, bundan əvvəl “Premium Euro-95” markalı benzin 1.25, “Super Euro-98” isə 1.50 manata satılırdı.

Müqayisə üçün, Gürcüstanda 95 oktanlı avtomobil benzinin satış qiyməti 1.03 ABŞ dolları (1.75 manat), 98 oktanlı benzinin satış qiyməti isə 1.07 dollar (1.82 manat), Türkiyədə, müvafiq olaraq, 1.14 dollar (1.94 manat) və 1.18 dollar (2 manat) təşkil edir. Ukraynada isə bu növ avtomobil benzinlərinin satış qiyməti, müvafiq olaraq, 1.18 dollar (2 manat) və 1.22 dollar (2.07 manat) civarında satılır. Həmin ölkələrdə də bu növ neft məhsulları istehsal edilmir və tələbat idxal hesabına ödənilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26