BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Rusiya Prezidenti Berlinə səfər edib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Angela Merkel ilə danışıqlar aparmaq üçün Berlinə səfər edib.

İstixəbər.info TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısının təyyarəsi avqustun 18-də “Tegel” beynəlxalq aeroportunda yerə enib. Putin buradan AFR hökumətinin iqamətgahına gedəcək.

Rusiya Prezidenti yolüstü Avstriyada dayanıb. O, Avstriyanın xarici işlər naziri xanım Karin Knaysl və maliyyəçi Volfqanq Maylingerin toyunda iştirak edib.

RF Prezidenti və AFR Kanslerinin danışıqları mətbuat üçün bəyanatlarla başlayacaq və onlar qarşıdakı görüşün əsas mövzularını açıqlayacaqlar. Sonra söhbət işçi nahar formatında mətbuat üçün qapalı davam etdiriləcək. Görüşdə Suriya nizamlanması mövzusuna, Ukraynanın şərqindəki vəziyyətə, Rusiya və AFR-in ikitərəfli əməkdaşlığına, həmçinin energetika məsələlərinə toxunulacağı gözlənilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26