BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ŞƏMKİRİN ƏN BÖYÜK BAĞÇASI TAMAMİLƏ YENİLƏNİR: FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Son illər ölkəmizdə uşaq bağçalarının tikintisinə, təmirinə, müasir standartlara uyğun yenidən qurulmasına böyük önəm verilir. Çünki bağça uşaqların həyatında mühüm rol oynayır, məhz bağçada uşağın şəxsiyyət kimi formalaşmasının bünövrəsi qoyulur. Burada uşağın təxəyyülü, təfəkkürü, yaradıcılıq qabiliyyətləri, insani keyfiyyətləri, fiziki bacarıqları inkişaf edir.

İstixəbər.info xəbər verir ki, tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Şəmkir rayonunda yeni bağça binalarının tikilməsinə və yaxud da əsaslı şəkildə təmir olunmasına da böyük önəm verilir. Azyaşlı körpələrin sağlam mühitdə böyüməsi, yüksək şəraiti olan bağçalarda təlim-tərbiyə olunması üçün hər cür imkanlar yaradılır, müasir inventar və avadanlıqlarla təmin edilir.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda aparılan bütün tikintilərlə yanaşı uşaq bağçalarındakı təmir işləri ilə yaxından tanış olur, tikintinin keyfiyyətlə başa çatdırılması barədə hər zaman öz tapşırıq və tövsiyələrini verir.

Rayon rəhbəri bu gün də 3 saylı körpələr evi-uşaq bağçasında görülən son tamamlanma işləri ilə tanış olub.

İş icraçısı Azər Kərimov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, binanın daxilində demək olar ki, bütün əsas işlər başa çatıb. Bundan əlavə, üzlük vurulması işi görülür.

İcra Başçısı bağçada görülən bütün işlərin keyfiyyətlə aparılması və sürətləndirilməsi barədə tapşırıq verib.

Onu da qeyd edək ki, Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının böyük hissəsi 2017-ci ildə təmir edilərək istifadəyə verilib. 150 yerlik uşaq bağçasının daha öncə təmir edilən hissəsində təhlükəsizlik məqsədilə müşahidə kameraları qurulub. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb. Məktəbəqədər təhsil ocağının bütün dəhliz və otaqlarının divarlarında uşaqların böyük marağına səbəb olan nağıl qəhrəmanlarının obrazları həkk edilib. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri yaradılıb.

İstixəbər.info İnformasiya Portalı Şəmkir 2018-ci il

Sənan Şəmkirli

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26