BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ata və oğul tutuldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Astara Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan İstixəbər.info saytına verilən məlumata görə, Astara rayonunun Şiyəkəran kənd sakinləri Habil Yusifov və oğlu Xaliq Yusifovun İranda əldə etdikləri külli miqdarda narkotik vasitələrini Azərbaycana keçirib satışı ilə məşğul olmaları barədə məlumat daxil olub.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində H.Yusifov və X.Yusifov Astara sərhəd gömrük keçid məntəqəsindən keçdikdən sonra Astara şəhəri Azərbaycan küçəsində saxlanılıb. Həkim briqadası ilə birgə keçirilən baxış zamanı H.Yusifovun daxili orqanlarından gömrük nəzarətindən gizli yolla ölkə ərazisinə gətirdikləri 2 bükümdə ümumi çəkisi 50 qram olan narkotik vasitə heroin və 1 büküm də 11 ədəd metadon dərman preparatları aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26