BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakı küçələrində süpürgəçiləri texnika əvəzləyəcək – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakı küçələrinin təmizliyi üçün xüsusi texnika gətiriləcək.

Bakı şəhər İcra Hakimiyyətindən İstixəbər.info saytına daxil olan məlumata görə,  son zamanlar süpürgəçi qadınların iş başında ölməsi barədə məlumatların çoxalmasından sonra vəziyyətin kökündən dəyişdirilməsi üçün tədbirlər görülür.

Bundan əlavə, prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq.

“Əlbəttə, iş prossesində insan amili qalacaq, lakin minimuma endiriləcək. Öz vəzifə öhdəliklərini yerinə yetirən zaman kommunal xidmət əməkdaşlarının ölümü faciədir və qəbuledilməzdir”, – məlumatda vurğulanıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26