BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qohum qohumun evindən oğurluq etdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Salyan rayonunda qohumundan evindən oğurluq edən şəxs saxlanılıb.

İstixəbər.info xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin Şirvan şəhər regional qrupundan məlumat verilib. 

Belə ki, Salyan rayonunun Yenikənd kənd sakini olan bir qadın avqustun 11-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək üç gün əvvəl evindən 1600 manat dəyərində qızıl-zinət əşyalarının və 100 manat pulunun oğurlandığını bildirib.
Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Salyan rayonunun Yenikənd kənd sakini 40 yaşlı Ramil Hüseynov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları satdığı mağazadan maddi sübut kimi götürülüb. 

Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. 

İstixəbər.info İnformasiya Portalı
loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26