BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Sabah bizi ağır oyun gözləyir” — Qurban Qurbanov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Daha öncə BATE-nin çox yaxşı komanda olduğunu bildirmişdim. Bakıdakı ilk oyun çox çətin oldu, sabah bizi bundan da ağır oyun gözləyir”.

İstixəbər.info xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Belarusda BATE ilə keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan öncə deyib.

Mütəxəssis bildirib ki, hazırkı məqamda nə qədər çətin olsa da, başqa çıxış yolu yoxdur: “Nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.

“Qarabağ” ilk görüşdə 0:1 hesabı ilə uduzub. “Borisov Arena”da keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26