BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Salyanda iki maşın toqquşub — 3 nəfər xəsarət alıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstixəbər.info “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota” markalı maşınla digər minik avtomobilinin toqquşması nəticəsində Salyan şəhər sakini, 1961-ci il təvəllüdlü Mənəfov Məhəmməd Yaqub oğlu, Hacıqabul rayon sakinləri – 1956-cı il təvəllüdlü Ağarəhimov Həsən Məmməd oğlu və onun 1957-ci il təvəllüdlü həyat yoldaşı Ağarəhimova Simuzər Canı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26