BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

MAL-QARA OĞRULARI SAXLANILDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixəbər.info saytına verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Şəhriyar kənd sakini Allahverdi Qarayev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 13000 manat olan 10 baş iri buynuzlu mal-qarasının və 1 rəst atının oğurlandığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon Qızılhacılı kənd sakini, 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Qalib Qurbanov və Goranboy rayonu Əlirizalı kəndində qeydiyyatda olmaqla Gəncə şəhərində yaşayan, 1984-cü il təvəllüdlü Elzamin Bayramov saxlanılıb.

Təqsirləndirilən şəxs Qalib Qurbanov

Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxlərin cari ilin iyul ayının müxtəlif vaxtlarında Yevlax, Tərtər və Bərdə rayonlarında da analoji cinayət hadisələrini törətməklə ümumilikdə 51 baş iri və xırda buynuzlu heyvaları oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26