BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dövlət Gömrük Komitəsinin 2 vəzifəli şəxsi işdən azad edildi — SƏBƏB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dövlət Gömrük Komitəsinin 2 vəzifəli şəxsi rüşvət aldıqlarına görə işdən azad olunublar.

İstixəbər.info xəbər verir ki, iyul ayında Tovuz Gömrük Idarəsinin sərnişin şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Eldar Əhmədov və həmin şöbənin baş inspektoru Əmrulla Əmiraslanov Sınıq körpü gömrük postunda xidmətdə olarkən Azərbaycan Respublikasi ərazisinə müvəqqəti gətirilən nəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş depozitdən yayındırmaq məqsədi ilə avtomasını idarə edən şəxsdən 20 min rubl rüşvət alıblar.

Bu fakt əsasında Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik Idarəsində xidməti araşdırma aparılmış, araşdırma nəticəsində Eldar Əhmədov və Əmrulla Əmiraslanov törətdikləri cinayət əməlini etiraf etmişlər. Buna görə onların gömrük orqanlarında xidmətinə xitam verilmiş və toplanmış materiallar Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Faktla bağlı aidiyyatı üzrə araşdırmalar davam etdirilir.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26