BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ƏKDİYİ ÇƏTƏNƏ KOLLARINI TƏHVİL VERDİ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xudat şəhər sakini kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolları könüllü olaraq Quba Rayon Polis Şöbəsinə təhvil verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixəbər.info saytına verilən məlumata görə, avqustun 2-də Xaçmaz Rayon Xudat şəhər sakini Namik Nəsrullayev Quba Rayon Polis Şöbəsinə müraciət edərək, bir ay əvvəl Xudat şəhəri ərazisində yerləşən meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edərək becərdiyi 13 ədəd narkotik xassəli çətənə – Kannabis bitkilərini könüllü olaraq təhvil verib.

Dindirilmə zamanı N.Nəsrullayev çətənə bitkilərini şəxsi istifadəsi üçün meşəlik ərazidə dibçəylərdə əkdiyi, lakin fikrindən daşınaraq könüllü olaraq Quba RPŞ-nə qətirərək təhvil verdiyi bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26