BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda idarə rəisi cərimələndi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Xəzər rayonu, Buzovna qəsəbəsinin Xəzər dənizi sahili zolağına çirkab suyun axıdılması ilə bağlı şikayət daxil olub.

Nazirliyin Mətbuat xidmətindən İstixəbər.info saytına bildirilib ki, şikayətlə bağlı Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində monitorinq və araşdırma aparılıb.

Sözügedən ərazidən çirkab su axan hissədən götürülən nümunələr üzərində aparılan analizlərin nəticələrinə görə suyun tərkibində çirkləndirici maddələrinin normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı əraziyə cavabdeh olan Bakı Su kanal İdarəsinin rəisi Habil Quliyev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26