BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Jurnalist Aqil Ələsgərin harada saxlanıldığı məlum oldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Yenicag.az” saytının baş redaktoru Aqil Ələsgər Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstixəbər.info saytının əldə etdiyi məlumata görə, bunu “facebook” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıb.

Sədr bildirib ki, iş gününün sonuna yaxın baş redaktorun yaxınları ondan xəbər ala bilməmələri ilə bağlı Mətbuat Şurasına müraciət ediblər. Müraciət araşdırılıb və Aqil Ələsgərin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanıldığı məlum olub.

Ə. Amaşov qeyd edib ki, iş günü başa çatdığından məsul şəxslərlə əlaqə yarada bilməyib. O, bu gün Mətbuat Şurası adından DİN-ə müraciət edilərək, jurnalistin saxlanma səbəbinin aydınlaşdırılacağını qeyd edib.

“Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq” deyə, Ə.Amaşov yazıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26