BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda yeni “DAMA” oyunu kəşf edildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Onun ixtiralarına yaşadığı rayonda maraq çox olsa da, daha geniş yayılmasına çalışır

İstixəbər.info xəbər verir ki, məşhur olmaq istəyən Yevlax sakini qeyri-adi üsula əl atıb. O, bunun üçün şahmat oyununda və klassik damada bir sıra dəyişikliklər edib. İstixəbər.info saytının həmsöhbəti, etdiyi yeniliklərlə şahmat və dama oyununda olan nöqsanları aradan qaldırdığına iddia edir.

Şakir Əliyev 1953-cü ildə Yevlax şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) elektrotexnika ixtisasını bitirib. Uzun illər rayonda televizor təmirçisi kimi çalışıb. Məşhurlaşmaq istəyi onun çox sevdiyi şahmat və dama oyununda dəyişikliklər edərək, yeni oyun yaratmasına səbəb olub.

Şahmatdan fərqli olaraq, “Şahənşah”da 64 deyil, 81 xana var. Xanalar 8×8 deyil, 9×9 formasındadır. Klassik şahmatdan fərqli olaraq şah qara xanada yerləşir. Yeni oyunda şahın bir tərəfində vəzir, digər tərəfində isə vəkil dayanır.

“Şahənşah”da əlavə xana olduğu üçün piyadaların sayı da 9-dur. Bu oyunda şah, toplar və fillər qara, vəzir, vəkil və atlar isə ağ xanada yerləşir. Lövhənin mərkəzində “qızıl xana” yerləşir. Bu xana bütün xanalardan bərabər məsafədə yerləşir və fərqli rəngdə olur. Şahını gətirib “qızı xana”ya qoymağa müvəffəq olan, yəni “qızıl xana”nı fəth edən oyunçu 2:0 hesablı qələbə qazanır. Bu zaman “şahənşah” deyilir.

Oyunun adı da elə buradan götürülüb. Belə ki, oyunun əvvəlində iki şah var idisə, sonradan biri məğlub olur, digəri isə bütün əraziyə (lövhəyə) sahib olur və “şahənşah” adlanır. İxtiraçı, şahmatda olduğu kimi, “Şahənşah”da da “qalaqurma” olduğunu deyir.

Yeni yaratdığı damada da Şakir Əliyev 81 xanalı oyun taxtasından istifadə edir. 28 oyun daşı olan bu damanın mərkəzində qızıl xana yerləşir. Hər rəngdə bir dənə olan xüsusi daşlardan hansı qızıl xanaya çatarsa, o, dama sayılır. İxtiraçı yeni intellektual oyunu yaşadığı şəhərin adı ilə “Yevlax daması” adlandırıb.

Şakir Əliyevin beyin məhsulu olan “Şahənşah” və “Yevlax daması”na yaşadığı rayonda maraq çox olsa da, o, bu oyunu daha geniş dairələrə çıxara bilmir. İdeya müəllifi oyunun insanlar arasında populyar olması üçün dama daşları, şahmat fiqurları, eləcə də xüsusi taxtaları öz vəsaiti hesabına hazırlayır.

Təqaüdçü olan Ş. Əliyev, bu oyunların daha çox tanınması üçün maddi imkanının yol vermədiyini deyir. Gələcəkdə isə bu oyunlar üzrə beynəlxalq və yerli çempionatların keçirilməsini arzulayır.

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26