BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda toyda yığılan pullar oğurlandı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Kürdəmir Rayon Polis Şöbəsinə müraciət edən Mollakənd kənd sakini C.İsayev iyulun 28-də kənd ərazisindəki şadlıq saraylarının birində keçirilmiş toy məclisində dəhlizdə quraşdırılmış qutudan 4700 manat pulun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İstixəbər.info saytına verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Araşdırmalarla onların Qacılı kənd sakinləri Tərlan Mazanov və Ruhan Bəşirzadə olduqları müəyyən edilib.

Oğurlanmış pulların bir hissəsi maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

İstixəbər.info İnformasiya Portalı
loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26