BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sürücülər turistlərə qiymət “oxuya” bilməyəcək – BNA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Biz ölkənin yüksəlişinə çalışırıq, qeyri-neft sektorunun inkişafı üçün ölkəyə daha çox turist cəlb etməklə turizm sektorunu genişləndirmək istəyirik. Və Azərbaycan özünün bu məqsədinə müəyyən mənada çata bilib.

Lakin hava limanından ölkəyə ilk addımını qoyan andaca aldadılan, ağac kölgəsini 5 manata satın alan turistlərlə bağlı da məlumatlar yayılır. Bu gün hava limanında düşüb, 5 manatlıq məsafəni 25 manata gedən turistlər taksi biabırçılığı ilə qarşılaşırlar.

İstixəbər.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

“Əlbəttə ki, hava nəqliyyatı ilə ölkəmizə gələnlərə, o cümlədən sərnişinlərə göstərilən taksi xidmətinin indiki vəziyyəti heç bir halda bizi qane edə bilməz. Bakı Nəqliyyat Agentliyi bu narahatedici məqamın aradan qaldırılması üçün hələ bir müddət əvvəl məsələ qaldırıb. Bununla bağlı xüsusi konsepsiya da hazırlanıb. Konsepsiyaya əsasən hava limanında müasir və komfortlu nəqliyyat vasitələri ilə taksi xidməti göstəriləcək.

Bakı Nəqliyyat Agentliyi hava yolu ilə ölkəmizə gələnlərin hava limanında taksi xidmətindən istifadəsini asanlaşdırmaq üçün müasir innovasiyalara əsaslanan alətlərin hazırlanması istiqamətində də iş aparır”.

M.Ağayev deyib ki, yeni konsepsiyaya görə, taksi sürücüləri turistlərə qiymət “oxuya” bilməyəcəklər:

“Hava yolu ilə Bakıya gələn şəxs artıq əvvəlcədən müəyyən proqram təminatı vasitəsi ilə taksi sifarişi edə biləcək. Hazırda bunun üzərində iş gedir. Hava limanı taksi konsepsiyasında digər bir vacib məqam müştəri ilə sürücü arasında qiymət sövdələşməsinin aradan qaldırılmasıdır.

Belə ki, hava limanından paytaxtın müxtəlif istiqamətlərinə əvvəlcədən müəyyən edilən tariflər olacaq. Zonalar üzrə müəyyən edilən tariflər barədə Bakı Nəqliyyat Agentliyinin hava limanı terminallarında təşkil etməyi planlaşdırdığı informasiya məntəqələrindən də məlumat əldə etmək mümkün olacaq. Bir sözlə, hava yolu ilə gələn şəxs artıq ona göstəriləcək taksi xidmətindən, həm də müasir xidmətdən yararlanmaqla şəhərimizin inkişafı ilə bağlı xoş təəssürat alacaq. Onu da qeyd edim ki, hava limanı taksi konsepsiyası ilə bağlı yaxın vaxtlarda konkret addımların atılmasına başlayacaq”.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26