BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nabran-Müqtədir çimərliklərində insanlar niyə batır? Son araşdırma Video-Müsahibə


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info saytı olaraq xəbər veririk ki, son bir həftə ərzində Xaçmazın Müqtədir-Nabran ərazisində , dəniz çimərliklərində səkkizdən çox insanın batması bizi yenidən bu mövzuda araşdırma aparmağa sövq etdi. Çəkliş qrupmuz dəniz kənarına çatanda hava çox küləkli idi. Amma buna baxmayaraq dənizdə çimən insanlara rast gəlmək mümkün idi. İnsanların kabusuna çevrilən Müqtədir qəsəbəsinin dəniz çimərlikləri yenədə insanlarla dolu idi. Tərtər rayonundan bura dəniz kənarına dincəlməyə gələn sakin Nəbi Məmmədov deyir ki, biz dənizə getdiyimiz zaman bütün təhlükəsizlik qaydalarına riayət etməyə çalışırıq. Çalışdığımız qədər xilasedicilər olan yerlərdə dincəlməyə üstünlük veririk. İnsanların burda çox batdığını eşitdik. Yəqin ki başqa yer seçməli olacayıq.

Müşahidələrimiz zamanı onu deyə bilərik ki,  bir müddət bundan öncə bir ailənin dörd üzvü batan yerdə bir kimsə yox idi. Tək mal-qara heyvandan başqa. Həmin əraziyə yaxın yerdə isə dəniz kənarı kafelərə rast gəlmək mümkün idi. Kafedə işləyən Elşən Seyidəhmədov  deyir ki, biz bura gələn insanlara bir çox təlimatlar veririk. Sərxoş halda dənizə girməyi məsləhət bilmirik. Çox dərinə getməyə qoymuruq. Ərazidə xilasedicilər olmadığından bir çox hallarda dənizdə batmaq təhlükəsi ilə üz-üzə qalanları özümüz çıxarırıq.

Bizə maraqlı olan bir məsələni araşdırmaq üçün həmin əraziyə səfər etmişdik. Deməli insanların ən çox həyatını itirdiyi dəniz kənarında bir dənədə olsun çimmək qadağandır lövhəsinə rast gəlmədik. Ərazi Müqtədir Bələdiyyəsinə məxsus olduğundan Xaçmaz rayon İH-nin Müqtədir İƏV-nin nümayyəndəsi Rahil Məmmədovla əlaqə saxladıq. Rahil müəllim bizə bildirdi ki, həmin ərazilər çimmək üçün qadağan olunduğundan bizim tərəfimizdən neçə dəfələrlə həmin ərazilərə xüsusi lövhələr vurulub, basdırılıb. Amma iki gün bundan öncə həmin lövhələr yoxa çıxıb. Amma  bizim tərəfdən həmin lövhələrin yeniləri hazırlanır və həmin ərazilərə basdırılacaq. Bir çox ailələrdə var ki, bizim xəbərdar edici lövhələrmizə önəm vermir. Özümüz neçə dəfələrlə reydlər təşkil etmişik ki, insanlar bu ərazilərdə çimməsinlər. Bizi dinləməyən bir çox insanlar sonda belə xoşa gəlməz hadisələrlə qarşılaşırlar.

İstixəbər.info saytı olaraq deyə bilərik ki, ümumilikdə  qaydalara uyğun olaraq FHN-yi həmin istirahət mərkəzləri, dəniz kənarı çimərliklərə müqavilələr bağlamalıdır ki, hər hansı xoşagəlməz hadisələr baş verəndə xilasedicilər insanlara kömək etsinlər. Necə ki , Nabranın bəzi dəniz kənarı istirahət mərkəzlərində bu təşkil olunub. Müqtədir qəsəbəsində isə dəniz kənarı çimərlik qadağan olunduğundan burda insanların çimməsinə icazə verilmir. Amma insanların məhz bu yerlərə axını lap çoxdu. Bizcə insanlar hər hansı lövhələrə, xəbərdar edici məlumatlara önəm vermirsə onda xüsusi cərimə növü tədbiq edilməlidir.

Bizi isə bir sual maraqlandırır. Ümumiyyətlə insanların dənizdə batmasına səbəb nədir?Yay mövsümü başlayandan dənizdə batanların, həyatını itirənlərin sayı durmadan artır. Bəs buna səbəb nədir? Ən dayaz yerdə belə insan necə bata bilir?… Bu təbii hadisə ildə yüzlərlə can alır, ancaq çox adam bu haqda bilmir. Yaxşı üzməyi və suda yaxşı qalmağı bacaran bir çox insan anlamır ki, məhz sahilin özündə necə batmaq olar. Xəbərlərdə tətil mövsümündə sahildə batan turistlər haqqında eşidəndə düşünürlər ki, onlar ya üzməyi bacarmırmış, ya da sərxoş vəziyyətdə imişlər. Ancaq əsil səbəb tamam başqadır. Söhbət az məlum olan və olduqca təhlükəli prosesdən gedir. Bu prosesi çox zaman “dartıcı” və ya “əks  axın” adlandırırlar. Buna planetin bütün guşələrində rast gəlmək mümkündür. Bu təbii hal qarşısında nəinki adi insanlar, hətta birinci dərəcəli üzgüçülər belə gücsüzdür, çünki bu zaman özlərini necə aparacaqlarını bilmirlər. Hər şey gözlənilmədən baş verir: məsələn, siz üzərək sahildən uzaqlaşırsınız, sonra geri dönmək istəyirsiniz, ancaq dönə bilmirsiniz. Bütün gücünüzlə üzürsünüz, ancaq buna baxmayaraq görürsünüz ki, yerinizdə qalmağa davam edirsiniz və hətta daha çox sahildən uzaqlaşırsınız. Sahilə çıxmaq üçün etdiyiniz bütün cəhdlər isə uğursuz olur, gücünüz tükənir və panikaya düşməyə başlayırsınız və bununda nəticələri ağır ola bilər.

Bəs Xəzər dənizinin sahil və relef qurluşu necədir? Xəzər dənizinin Şimal sahili sualtı sahil meyli və sahilboyu torpağın balaca yamacları ilə fərqlənir. Dalğa hərəkətləri hadisələrinin təsiri altında formalaşan quru zonanın mövcudluğu və həmçinin dəniz səviyyəsi dəyişməsinin nəticəsində sahil xəttinin böyük dinamikası Şimali Xəzər sahilləri üçün tipikdir. Xəzər dənizinin şimal sahili suda, sərhəddə, Yeni Xəzərin terraslarında dar hamarlıq müşahidə olunur. Samur çayının deltasının cənubuna doğru dənizin sahili sıldırım olur, bütün çınqıl allüvial depozitlərinin yatağında ovalığın təşkil olunmuş bir hissəsi zolaqlıdır. Xəzər dənizinin şimal hissəsinin dib relyefinin təbiətinə görə zərifdir, çox adaları ilə dayaz su düzənliyi, terrasları, çayların qədim kanalları vardır. Orta Xəzərin düzənlik relyefində əsas morfoloji elementlər müşahidə oluna bilər: şelf, yamac və hövzə yatağı. Orta Xəzərin şərq hissəsi Epigertsin platformasında yerləşir və qərb hissə və Abşerona yaxın çıxış nöqtəsi isə Alp geosinklinal ərazidə yerləşir. Cənubi Xəzərin dib relyefi böyük iştirakı ilə xarakterizə olunur. Bütün bu sadalanan məlumatlar bütünlükdə Xəzər dənizini və onun sahil çimərliklərini əhatə edir. İstənilən insan bu məlumatlara malik olmalıdır.

İstixəbər.info saytı olaraq oxucularmız üçün ümumilikdə bir araşdırma həyata keçirdik. Bütün yay mövsümündə dənizdə dincələn insanlara ehtiyyatlı olmağı, xüsusi qaydalara riayət etməyə və təyin olunmuş yerlərdə istirahət etməyi arzu edirik.

Mövzunun hazırlanmasına Saqlamolun.az  ,  Geologıya və Geofizika İnstitutun və Azərbaycan Milli Elmlər Akademiyasının məlumatlarından istifadə olunmuşdur.

İstixəbər.info İnformasıya Portalı Nabran 2018-ci il

Rəşad Ağaşirinov :Baş redaktor

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26