BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ali məktəbə yeni qəbul olunan tələbə suda boğuldu – İsmayıllıda faciə


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

İstixəbər.info saytının məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində rayonun Buynuz kəndindəki göldə baş verib.

İsmayıllı şəhərinin Nizami küçəsi 17 ünvanında yaşayan 2001-ci il təvəllüdü Hacıyev Əsəd Nəsimi oğlu dostları ilə birgə göldə çimərkən ehtiyatsız edib və suda boğularaq dünyasını dəyişib.

Ə. Hacıyevin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, 17 yaşlı Ə. Hacıyev bu il orta məktəbi bitirib və ali məktəbə daxil olaraq tələbə adını qazanıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26