BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Müğənniləri daşıyan avtobus qəzaya uğrayıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Moskva vilayətinin Domodedov rayonunda “A 107” magistral yolla hərəkət edən avtobus aşıb.

İstixəbər.infoun Rusiya FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə ötən gün axşam Belıye Stolbı yaşayış məntəqəsinin yaxınlığında baş verib.

Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yolun kənarındakı xəndəyə aşıb.

“Moskva-İjevsk” marşrutu ilə hərəkət edən avtobusda 27 sərnişin və 2 sürücü olub.

Qəza nəticəsində 16 nəfər xəsarət alıb.

​Məlumata görə, avtobus xalq mahnı və rəqs ansamblının artistlərini daşıyıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26