BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İki qadını it dişləyib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qaxda iki nəfəri it dişləyib.

İstixəbər.info xəbər verir ki, bu gün saat 11 radələrində rayonun Əlibəyli kənd sakini 1961-cı il təvəllüdlü Qulo Bakban qızı Cacaşvili sağ ayağın baldır nahiyəsindən, axşam saat 21 radələrində isə rayonun Ləkit Malax kənd sakini, 1995-ci il təvəllüdlü Aytac Zabit qızı Əhmədova sağ ayağın bud nahiyəsindən it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan bildirilib ki, Qulo Cacaşvili və Aytac Əhmədova yaşadıqları kəndin ərazisində itin hücumuna məruz qalıblar. Hər iki şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26