BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəkidə uşaq ağır yanıq xəsarətləri alıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəkidə 5 yaşlı uşaq qaynar su ilə dolu qazana düşərək ağır yanıq xəsarətləri alıb.

İstixəbər.info xəbər verir ki, iyulun 28-i axşam saat 21 radələrində rayonun Kiçik Dəhnə kənd sakini, 2013-cü il təvəllüdlü Sevda Taleh oğlu Məmmədova yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, müayinə zamanı 5 yaşlı Sevda Məmmədovanın yaşadığı evin hamamında qaynaq su ilə dolu qazana düşərək yanması məlum olub. Sevda Məmmədovaya hər iki qolun üçdə ikisinin, gövdənin üçdə ikisinin və aşağı ətrafların üçdə birinin yanığı diaqnozu qoyulub, müalicəsi xəstəxananın uşaq cərrahiyyəsi şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26