BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Nabranda bir ailənin 4 üzvünün dənizdə batmasının ŞOK səbəbi YENİLƏNİB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info xəbər verir ki, Çinartala İƏD üzrə nümayəndəsi Anar Ağayev İstiPress-in şimal bürosuna bildirib ki, ölənlər 35 yaşlı Ruhiyyə Eyvaz qızı Qadaşova və oğlu 14 yaşlı İkram Məmmədyar oğlu Qadaşov, 46 yaşlı Kəmalə İkram qızı Qocayeva və qızı 23 yaşlı Aysel Əfqan qızı Qocayevadır.

Onun sözlərinə görə, 14 yaşlı İkram batanda ailənin digər üzvləri onu xilas etməyə çalışıb, nəticədə özləri də boğulublar.

Faciə ilə Xaçmaz polis şöbəsinin Xudat bölməsinin və rayon prokurorluğunun, FHN-nin yerli bölməsinin nümayəndələri hadisə yerindədir.

Xaçmaz rayon prokurorluğu faktın araşdırılmasına başlayıb.

17:59

Azərbaycanda bir ailənin 4 üzvü dənizdə boğulub.

İstixəbər.info İstiPress-in şimal bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi yaxınlığındakı Müqtədir kəndində yerləşən məşhur istirahət mərkəzlərindən birinin qarşısında yerləşən çimərlik ərazisində qeydə alınıb.

Ölənlər Xaçmazın Palçıqoba kənd sakinləridir. 3 qadın, 1 kişi batıb.  Ölənlərdən ikisi anadır, biri qız və biri oğlan uşağıdır.

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq sudan çıxarılıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26