BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sürücülərin və piyadaların kabusuna çevrilə biləcək işıqsız Nabran yolu. Video+Araşdırma


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info saytı olaraq xəbər veririk ki, Azərbaycanın turustik bölgəsi olan Xaçmazın Nabran qəsəbəsində gedən yolun işiqlandırılmasına ehtiyac var. Bir neçə il bundan öncə Müqtədir qəsəbəsindən Nabrana kimi yol kənarı yeni işıq dirəklərində yeni işıq xətləri çəkildi. Bu Nabran kimi bir ərazidə əhalinin kəsintisiz işıq problemini həll etmiş oldu. Amma bir məsələ bizi , sürücüləri, sakinləri daha çox narahat edir. Deməli yay aylarında əhalinin Nabrana axını çox olduğundan gecə saatlarında belə , əhalinin dənizdən ,dəniz kənarı restoranlardan istifadə etməsi həmin yolda insanların çox olmasına şərait yaradır. İnsanların gecə saatlarında yol kənarlarında dolaşması isə birinci növbədə onların həyatını təhlükəyə atır. Səbəb isə həmin yolda nəqliyyat vasitələrinin hərəkəti və yolun işıqsız olmasıdır. Bu da açıq aşkar dənizdən dincəlib yolu keçib evinə getmək istəyən insanlaraın ani səhvi ucbatından həyatlarını itirməsinə gətirib çıxara bilər. Bu təhlükə həm piyada olan insanlar üçün yox sürücülər üçündə bir nömrəli problemə çevrilib. Bir il ərzində Müqtədir –Nabran yolunda kifayət qədər yol nəqliyyat hadisələri, piyadaların ölümü ilə nəticələnən qəzalar baş verir. Bəs bu halların qarşısını almaq üçün Müqtədirdən Nabrana kimi olan işıq dirəklərinə işıq plafonları qoymaq olarmı? Dövlət  qrumları heç bu problemlə bağlı düşünüblərmi? Məsələ ilə bağlı Xaçmaz İH başçısnın Nabran İƏD üzrə nümayəndəsi Nəzakət İsgəndərova ilə əlaqə saxladıq. Nəzakət xanım bu məsələdə maraqlı olduqlarını dedi. Əlbətdə , istəyərik ki, həm yol kənarı həm də Nabranın daxili yolları işıqlı olsun. Ümid edirik ki , Nabrana yeni müasir yol çəkiləcək və bu yol çəkiləndən sonra , yol kənarındakı işıq dirəklərinə işıq plafonları qoyulacaq. Bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Nabranın əsasəndə yay aylarında küçələrinin işıqlı olmasına ehtiyac var.

Nabran küçələrinin işıqlandırılması ilə bağlı Azərişıqın Xaçmaz şöbəsinin rəisi Ramil  Məmmədovla əlaqə saxladıq. Ramil bəy bu məsələdə heç bir problem olmadığını söylədi. Sadəcə Nabranın yol kənarı və daxili yollarının işıqlandırılması üçün Nabran İƏV və Nabran Bələdiyyəsi dövlət qrumları  qarşısında təkliflər irəli sürməlidirlər. Azərişığa ərizə ilə müraciət etməlidirlər. Bundan sonra həmin ərazidə küçələrin işıqlandırılmasını tez bir zamanda həyata keçirmək olar.

İstixəbər.info saytı olaraq bu məsələni qüvvədə saxlayırıq.Ümid edirik ki , gələn yaya kimi Nabran yolu da Azərbaycanın digər turustik rayonlarının yolu kimi işıqlı və problemsiz olar.

Hörmətli oxucular Nabrandan hazırladıqımız videomatrealı sizə təqdim edirik.

İstixəbər.İnfo İnformasıya Portalı Nabran 2018-ci il

Rəşad Ağaşirinov:Baş redaktor

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26