BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hepatit ola biləcəyinizi göstərən 5 əlamət – Əgər 3-ü sizdə varsa…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
İstixəbər.info medicina.az-a istinadən hətta hər insanın özünü də hepatit olub -olmamağını bəlli edəcək 5 əsas simptomu təqdim edir:

1.Qızdırma, titrətmə

Orqanizm virusla mübarizə apardıqda, hərarət qalxır, titrətmə, üşümə olur, xüsusən gecələr tərləmə artır. Hərarəti ölçdükdə elə də yüksək rəqəm göstərməyə bilər.

2.Dəridə güclü qaşınma

Dəri səthində heç bir zədə, səpki və s. zahiri problem olmadan dayanmaq bilməyəb qaşınma. Səbəbi qaraciyər bilirubin mübadiləsini saxlayır, bilirubin artır. Bu da dəriyə qaşıntı verir.

3. Sidik və nəcisin rəngi

Hepatitdə sidik tündləşir, tünd qəhvəyi, tünd bulanıq rəng alır. Nəcis isə əksinə açıq rəng olur, hətta ağarır.

4.Dərinin və gözlərin dibinin saralması

Dəri saralır, əllərin içi sarı olur, göz bəbəyi saralır. İlkin mərhələdə bu sarılıq çox cüzi olur, amma peşəkar həkim gözü ilə bu fərqi görəcək.

5. Aclıq və dadbilmə hissinin itməsi

Hepatitli insanın nəinki iştahı küsür, həmçinin bəzi baza dadlarını hiss etmir: şirin, acı, turş. Yedikləri ona dadsız gəlir. Saatlarla acımır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26