BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda avtomobil istehsalı 6,2 dəfə artıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobillərin istehsalı sahələrində 175,7 mln. manatlıq məhsul istehsal edilib.

İstixəbər.info Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 16,6 dəfə artıb, maşın və avadanlıqların istehsalı 6,7%, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,7% azalıb.

Belə ki, bu ilin 6 ayında ölkədə 130 ədəd minik avtomobili istehsal edilib. Bu müddət ərzində traktor istehsalı 14,1% artaraq 849 ədəd təşkil edib.

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, mancanaq dəzgahlarının istehsalı 2,9 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 9,6% artıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26