BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Müharibədən zərər çəkmiş uşaqlar haqqında filmin çəkilməsi” adlı layihənin icrası davam edir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Müharibədən zərər çəkmiş uşaqlar haqqında filmin çəkilməsi” adlı layihənin icrasını davam etdirir.

Layihədə 1988-2017-ci illərdə erməni təcavüzü nəticəsində qətlə yetirilən, girovluq həyatı yaşayan, şikəst olan, valideynləri şəhid olan, müxtəlif xəstəliklərə düçar olan, orqanları alınaraq öldürülən, çadırlarda dünyaya gələn uşaqlardan bəhs edilir. Filmin çəkilişi vasitəsi ilə ictimaiyyəti, xüsusi ilə gələcəkdə xarici auditoriyanı Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə günahsız uşaqların məhv edilməsinə, valideynlərini itirməklə uşaqlıqlarının əllərindən alınmasına diqqətləri çəkməkdir.”Sınan arzular” filminin çəkilişləri Bakı, Mingəçevir şəhərləri, Qazax, Akstafa, Goranboy,Tərtər, Ağdam,Füzuli rayonlarında davam edir.

” Sınan arzular…” filmindən:

1988-1994-cü illərdə erməni terror qrupları və silahlı birləşmələri yüzlərlə azərbaycanlı uşağın vəhşicəsinə qətlə yetirilməsinə, yaralanmasına, itkin və girov düşməsinə, eləcə də bir və ya hər iki valideynini itirməsinə səbəb olub. Bu barədə yüzlərlə fakt var. Beynəlxalq güclər və erməni lobbisi tərəfindən qondarılmış bu münaqişə nəticəsində daha çox itki və əzab-əziyyyətə, psixoloji zərbələrə məruz qalan qaçqın və məcburi köçkün övladları olsa da, digər şəhər və bölgələrdə də ata, yaxud anaları şəhid, yaxud əlil olan on minlərlə uşaq var ki, onlar da Qarabağ savaşının qurbanları hesab edilirlər. Müharibə onların həyatının rənglərini dəyişib. O rənglər ağ və qaradan ibarətdi. Müharibə həyatlarında ən ciddi yaraları və izləri buraxıb…

Yasəmən Tofiqqızı, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qızı- Atamı itirəndə 12 yaşım var idi. Xocalı işğal olanda anamı da itirdim. Üç uşaq tək qaldıq. Amma anamın qayıdacağına ümidim var idi. Düşünürdüm ki, girovluqdadı, bir gün onu da dəyişərlər qayıdar…Günlərin birində Xocalıya aid şəkillərin içərisində anamı qan içində gördüm. Yanında da xalamın oğlu və qızı güllələnmişdilər…Şəhidlər Xiyabanında atamın qəbrini ziyarət edirəm.Yaxşı ki, onun məzarı var. Gedib onunla danışıram. Eh o qədər sözüm olur ki… Müharibə uşaqlığımı əlimdən aldı, heç gəncliyimi də yaşaya bilmədim. Çox ağır xəstəliyə mübtəla olmuşam. Yaşamaq istəyirəm. Yaşadın məni! Qoy dünya görsün ki, müharibə bizə nə bəlalar gətirib…

Layihənin rəhbəri və ssenari müəllifi İctimai Birliyinin sədri Mətanət Əsgərqızıdı.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26