BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

HƏYƏTİNDƏ ÇƏTƏNƏ ƏKMİŞDİ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun polis leytenantı Nizam Həmidovun İstixəbər.info saytının Şimal bürosuna verdiyi məlumata görə, iyulun 10-da Qusar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Çiləgir kənd sakini Ağazaman Zamanova məxsuz evin həyətyanı sahədəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan yaş çəkisi 9150 qram təşkil edən hündürlüyü 45-210 sm olan 23 ədəd çətənə kolu aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

İstixəbər.info İnformasiya Portalı Qusar 2018-ci il

Bölgə müxbiri: Xanlar Cəbrayılov

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26