BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ərdoğan 18 mindən çox məmuru və hərbçini işdən qovdu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhddən sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyətdən sonra dövlət qulluğundan 18632 nəfər işdən çıxarlıb.

İstixəbər.info İstiPress-in məlumatına istinad edərək xəbər veririki, onların “Paralel dövlət” terror təşkilatının lideri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin tərəfdarları olduğu bildirilir.

Məlumata əsasən, Türkiyə Ordusunda 6152 nəfər işdən azad edilib. Təhlükəsizlik Xidmətindən 8998 nəfər, jandarmeriyadan 649 əməkdaş çıxarılıb. Həmçinin işdən çıxarılmalar Ədliyyə Nazirliyi (1051 nəfər), Təhsil Nazirliyi (658), Dini Qurumlar üzrə İdarə (240), dövlət universitetlərinə (199 nəfər) də toxunub. Eləcə də Türkiyədə 12 ictimai təşkilat, üç qəzet və telekanal bağlanıb.

Bütün bunlar fövqəladə vəziyyətlə bağlı qəbul edilmiş qaydalara əsasən həyata keçirilib. Yeri gəlmişkən, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, fövqəladə vəziyyət iyulun 18-i ləğv edilə bilər.

Xatırladaq ki, 2016-cı ilin 16 iyul gecəsi Türkiyədə qiyamçılar qrupu hərbi çevrilişə cəhd etdi. Əsas qarşıdurma Ankarada və İstanbulda oldu. İnsident nəticəsində 250-dən çox Türkiyə vətəndaşı həlak oldu, iki min nəfərdən çox insan yaralandı.

Qiyam yatırıldı.

İstixəbər.İnfo İnformasiya Portalı 

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26