BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Elmar Vəliyevi bu şəxs əvəz edir. Foto


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xəbər verdiyimiz kimi, iyul ayının 3-də Gəncənin icra başçısı Elmar Vəliyev silahlı hücum nəticəsində güllələnib. E.Vəliyev aldığı ağır güllə yarasından sonra xəstəxanaya yerləşdirilib.

Elmar Vəliyevin vəzifəsini hazırda başçının I müavini Elnur Rzayev əvəz edir. Sözügedən xəbəri İstixəbər.info saytına Gəncə şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

İstixəbər.info-nun məlumatına görə, E.Rzayev I müavin vəzifəsinə 2015-ci ildə təyin edilib. O, bu təyinata qədər Gəncə “Asan xidmət”in rəhbəri vəzifəsində çalışıb.

Rzayev Elnur Şahbaz oğlu 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub.1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb.

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib.

Ailəlidir, 3 övladı var.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26