BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hava ilə bağlı xəbərdarlıq..


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 5-i axşamdan 9-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bu barədə İstixəbər.info saytına  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 5-i gündüzdən 9-dək qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26