BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QUBADA POLİS BAYRAMI QEYD EDİLİB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Quba Rayon Polis Şöbəsində Daxili İşlər Nazirliyinin yaranmasının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçirib.

Daxili İşlər Nazirliyinin Quba Regional qurupunun polis leytenantı Nizam Həmidov İstixəbər.info saytının Şimal bürosuna verdiyi məlumata görə, Rayon Polis Şöbəsinin şəxsi heyəti ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər.

RPŞ-də keçirilən tədbirdə çıxış edən rəis, polis polkovniki Süleyman Neymətov şəxsi heyəti Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə təbrik edib. Daxili işlər orqanlarının keçdiyi yol, şərəfli tarix barədə məruzə edərək, polisin hər zaman dövlətçiliyimizə sadiq olduğunu, sabitliyin, əmin-amanlığın qorunması üçün fədakar xidmət etdiyini deyib.

Sonra çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə onları təbrik edib. Daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirib, şəxsi heyətə gələcək fəaliyyətində də uğurlar arzulayıb.

Tədbirin sonunda xidməti vəzifəsində fərqlənən əməkdaşlara mükafatlar təqdim olunub.

İstixəbər.info İnformasiya Portalı Quba 2018-ci il

Bölgə müxbiri: Xanlar Cəbrayılov

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26