BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“İŞ BAŞINDA” YAXALANDI…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixəbər.info saytına verilən məlumata görə, Oğuz rayonunun Muxas kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Əhmədov narkotik vasitə olan qurudulmuş marixuana satarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Baxış zamanı onun evindən sellofan torbanın içərisində 38 ədəd kibrit qutusuna doldurulmuş ümumi çəkisi 201 qram, digər sellofan torbanın içərisindən isə 450 qram qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26