BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda Yoqa festivalına start verilib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“YARAT” Müasir İncəsənət Mərkəzi Dənizkənarı Bulvar İdarəsi ilə birgə “YARAT Freestyle” proqramı çərçivəsində açıq havada genişmiqyaslı yoqa festivalına start verib.

İstixəbər.info xəbər verir ki, Bayıl bulvarında reallaşan festivalın əsas məqsədi sağlam həyat tərzini təbliğ etməkdir.

Gün ərzində müxtəlif tədbirlərin də təşkil olunacağı nəzərdə tutulur. Belə ki, Xəzər dənizi sahilində yaşıl qazon üzərində peşəkar müəllimlərlə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, musiqiçilərin çıxışları, alovlu şou, “FLY yoqa” təşkil olunacaq, iştirakçılara sağlam qida veriləcək. Festival çərçivəsində gün boyu paytaxtın sakinləri və qonaqları üçün yoqanın müxtəlif istiqamətləri üzrə məşğələlər keçiriləcək, həmçinin yoqanın tarixi və sağlam həyat tərzi haqqında mühazirələr oxunacaq. Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyidir.

Festivalın iştirakçıları “Yoqa Şahi” studiyası, “The Art of Living” meditasiya mərkəzi, Yoqa Akademiyası və Xalsa Mərkəzidir.

Festival, eyni zamanda fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq, bu cərəyan haqqında ətraflı informasiya almaq məqsədi daşıyır.

Qeyd edək ki, Beynəlxalq Yoqa Günü 2015-ci ildən başlayaraq dünyada geniş qeyd olunur. Yoqa Azərbaycanda da geniş yayılıb.

Festifaldan görüntüləri sizlərə təqdim edirik:

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26