BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Kür çayında batan 16 yaşlı gəncdən xəbər var


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Kür çayında cimərkən batan Yevlax rayonu sakini, 16 yaşlı gəncin axtarışları davam edir.

İstixəbər.info xəbər verir ki, 16 yaşlı Ceyhun Əlili Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində dostları ilə çimən zaman batıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin kiçik gəmilərə nəzarət və sularda xilas etmə dalğıc axraış qrupu cəlb olunub.

16 yaşlı gəncin Kür çayında batmasından bir neçə gün keçməsinə baxmayaraq axtarışın  hələdə heç bir nəticəsi yoxdur.

İstixəbər.info olaraq Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi ilə əlaqə saxladıq. Axtarış qrupunun rəisi Taleh bəy bildirdi ki, suyun bulanlıq olması axtarışın aparılmasına təsir göstərir. Hal-hazırda axtarış qrupu 16 yaşlı gəncin cəsədini axtarmaqda davam edir. Ətraflı məlumat içtimaiyyata çatdırılacaq.

Qeyd edək ki, Yevlax rayonu Cənlibel kənd sakini, 16 yaşlı Ceyhun Əlili ailənin ikinci övladıdır.

İstixəbər.info İnformasiya Portalı Yevlax 2018-ci il

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26