BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qəzanın baş verməsinə səbəb sürücünü sükan arxasında yuxu tutması olub


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Cəlilabadda ölümlə nəticələnən ağır qəza baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən İstixəbər.info-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində “FORD“ markalı mikroavtobus ilə “Shacman” markalı yük avtomobili toqquşub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.  “FORD“ markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Dadaşov İmran Dadaşbala oğlunun (Rusiya Federasiyasının vətəndaşı) cəsədi xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mikroavtobusun Rusiyanın Sankt-Peterburq şəhərindən Masallı rayonuna hərəkət etdiyi bildirilir. İlkin ehtimala əsasən, qəzanın baş verməsinə səbəb sürücünü sükan arxasında yuxu tutması olub.

Qəza zamanı 9 nəfər də yaralanıb. İstiPress-in report-a istinadla verdiyi məlumata görə, yaralılar bunlardır:

Səmədova Gülər Nadir qızı, 1995, Masallı rayon Bədəlan kəndi

Səmədov Məhəmməd Afiq oğlu, 2017, Masallı rayon Bədəlan kəndi

Quliyev Akşin Ehtiram oğlu, 2003, Masallı rayon Kolatan kəndi

Quliyev Fərid Ehtiram oğlu, 2002, Masallı rayon Kolatan kəndi

Əbülfəszadə Şəfa Qasım qızı, 1998, Masallı rayon Kolatan kəndi

Sadıqova Şəbnəm Şəmşad qızı, 2009, Masallı rayon Kolatan kəndi

Sadıqov İslam Şəmşad oğlu, 2014, Masallı rayon Kolatan kəndi.

Sadıqova Səbiyyə Şəmşad qızı, azyaşlı

Cabbarova Günəş, 1987

Yaralılardan 7-si Masallı, 2-si isə Cəlilabad rayon mərkəzi xəstəxanalarına aparılıb. Masallıya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26