BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda bir gündə iki yanğın…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə,bu gün Bakı şəhəri, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanmışdır. Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Digər otaqlar yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 18 m2 olan tikilinin (dönərxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanmışdır. Yüksək temperaturdan bitişik ümumi sahəsi 20 molan tikilinin (gözəllik salonu kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı qismən ərimişdir. Bitişik tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​

İstixəbər.info İnformasıya Portalı 
loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26