BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sel Azərbaycanın ən qədim şəhərinin yollarını dağıtdı – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dünən gecədən başlayan yağış və sel Azərbaycanın ən qədim şəhəri Şəkiyə ciddi zərər vurub.

İstixəbər.info İstiPress-in şimal-qərb bürosuna istinadən xəbər verir ki , sel şəhərin xüsusən yuxarı məhəllərinin yollarını dağıdıb. Dağınğtılar xüsusilə Şəki karvansarayının qarşısından keçən Axundov küçəsində daha çoxdur.

Bu, Azərbaycanın 3 min illik tarixə malik qədim şəhərinə gələn turist avtobusları üçün ciddi problemlər yaradır. Məsələn, günorta saatlarında Axundov prospektində batmış turist avtobusunu çıxarmaq üçün rayonun bir çox idarələri yardım etməli olub. Böyük səylər nəticəsində avtobusu selin asfalt küçədə yaratdığı xəndəkdən çıxarmaq mümkün olub.

Məlumata görə, Şəki bölgəsinə gedən yollarda hərəkəti güclü küləyin törətdiyi fəsadlar da çətinləşdirir. Ötən  gecə güclü külək İsmayıllı – Qəbələ yolunda onlarla böyük ağacı kökündən qopararaq yola çırpıb. ​

İstixəbər.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26