BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Ötən dövrdə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə 1720 gənc qəbul edilib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə ötən dövrdə 1720 gənc (o cümlədən cari iln 9 ayında 123 gənc) qəbul olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, müəssisə sağlamlıq imkanları məhdud gənclərin sosial və peşə reabilitasiyasının təmin olunması, onların əmək bazarına inteqrasiyasının asanlaşdırılması məqsədi ilə fəaliyyət göstərir. Burada gənclərin kompüter istifadəçisi, dərzilik, bərbərlik, ağac üzərində oyma, toxuculuq, rəssamlıq, xalçaçılıq, aşbaz köməkçisi, montajçı-operator və s. üzrə peşə hazırlığı təmin edilir.

Peşə təlimində olduqları müddətdə gənclərin burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı da həyata keçirilir. Kursları bitirənlərə peşə şəhadətnamələri verilir.

Hazırda Peşə Reabilitasiya Mərkəzində 100-ə yaxın gənc peşə təlimindədir.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26