BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Azərbaycan jurnalistikası regionun güclü jurnalistikasıdır” – Əflatun Amaşov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Mətbuat Şurasına daxil olan şikayətlərin yarıya qədəri saxta xəbərlərlə bağlı olur”.

İstixeber.info xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Tbilisidə jurnalistlərə açıqlamasında bildirib.

Gürcüstan paytaxtında keçirilən “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda XVI Cənubi Qafqaz media konfransında iştirak edən Ə.Amaşov deyib ki, bu cür xəbələrin yayılmasına bəzən bilərəkdən yol verilir: “Bəzən isə saxta xəbərlər bilməyərəkdən və peşəkarlığın çatışmazlığına görə yayılır. Mətbuat Şurasında bu məsələ müzakirə olunur və təqdim etdiyimiz təkliflərdə bu problemin aradan qaldırılması yollarnı müəyyən edirik. Jurnalistlərə tövsiyəmiz ondan ibarətdir ki, xəbərlərə sayğı ilə yanaşsınlar və yoxlamadan onları cəmiyyətə çatdırmasınlar”.

Şura sədri vurğulayıb ki, Azərbaycan jurnalistikası regionun güclü jurnalistikasıdır. “Bizim jurnalistika peşəkardır və ölkədə baş verən olayları operativ və obyektiv olaraq cəmiyyətə ötürür. Azərbaycan mediası həmçinin ölkə ilə bağlı xəbərlərin dünyada yayılmasında ən demokratik institutlardan biri kimi çıxış edir”. /unikal

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26