BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əli Əsədov Baş Nazir oldu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. 

İstixeber.info xəbər verir ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qərar qəbul edilib.

Qərarda deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verib.

Daha sonra Əli Əsədov çıxış edərək göstərilən etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib. /unikal

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26