BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

4 EVDƏN QIZIL-ZİNƏT ƏŞYALARI OĞURLAYAN ŞƏXS SAXLANILDI – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

4 evdən ümumi dəyəri 25.000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-sentyabr ayları ərzində rayon ərazisində 4 evdən ümumi dəyəri 25.000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Efəndiyev saxlanılıb.
O, törətdiyi cinayət əməllərini etiraf edib. Mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində və Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satan Ş.Efəndiyev əldə etdiyi pulları xərclədiyini bildirib.
Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26