BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Arvadını başqa kişi ilə tutdu, amma onu bağışladı – Həyatından xəyanət keçən məşhurlarımız


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şou-biznes aləmində bir çox qalmaqallı hadisələr baş verib.  Bir-biri ilə dalaşanlar, söz atanlar, polisə düşənlər…

İstixeber.info bildirir ki, maqazin aləminin ən qalmaqallı hadisələrindən biri də xəyanət məsələləridir.

Belə ki, şou-biznes nümayəndləri arasında bir çoxu xəyanət üstündə boşanıb. Bunların sırasında özü xəyanət etdiyi üçün ilk ailəsindən ayrılmalı olan və yenidən evlənən aktyor Fərda Xudaverdiyev də var.

Xəyanətə görə ailəsini dağıdan şou-biznes nümayəndələrindən biri də müğənni Lətifə Soyuözdür. 2016-cı ildə ayrılan Dəniz Lətifə Soyuöz cütlüyünün Arif adı bir övladları da var. Müğənni özü etiraf edib ki, boşandıqdan sonra ərinin ona birlikdə xəyanət etdiyi qadının kimliyini sadəcə maraq üçün tapıb.

Uzun müddət səhnədən uzaqlaşdıqdan sonra 2017-ci ildə yenidən sənətə qayıdan müğənni Zahidə Günəş dəhəyatının çətin mərhələsini məhz xəyanətə görə yaşamışdı. Z.Günəş “Mənim ailəm xəyanətə görə dağıldı. Özü də elə bir xəyanət ki, gülə-gülə, gözümün içinə baxa-baxa”- deyərək, özü də xəyanətlə qarşılaşdığını etiraf edib.

Çılpaq fotoları ilə tanınan Afaq Aslan isə xəyanətlə qarşılaşmaqla yanaşı, buna görə bətnindəki övladdan da imtina etməli olub: “Həyat yoldaşımın mənə xəyanət etdiyini öyrəndim. Bir xanım mənimlə görüşdü və gətirdiyi uşağın həyat yoldaşımdan olduğunu dedi. Uşaq da ərimə çox bənzəyirdi. Mən də hamilə idim, istəmədim o uşağı. Qısqandım və aqressivləşdim. Ərimdən xəbərsiz uşağı abort etdirdim. Ona da dedim, sən artıq atasan, neynirsən bu uşağı?! Beləcə, boşandıq”.

Əməkdar artist Lalə Məmmədovanın da ailəsinin dağılmasına səbəb xəyanət olub. Müğənninin sözlərinə görə, əslində boşanmalarını tezləşdirən bir çox faktor olub, ən birincisi isə xəyanətdir.

Bu günlərdə gündəmdən düşməyən müğənni Afət Fərmanqızı isə ərini ona xəyanət edərkən tutub. Bu barədə özü “İnstaqram” hesabından 11 ilini verdiyi, sənətini qurban etdiyi insandan xəyanət gördüyünü, buna görə də kişilərə inamı qalmadığını yazmışdı.

Xalq artisti, Azərbaycan səhnəsinin Divası Aygün Kazımova da xəyanətdən siğortalana bilməyib. Bir ay bunda öncə qonaq olduğu “5-də 5” verilişində Diva vaxtı ilə xəyanətlə üzləşdiyini, hətta buna görə intihar həddinə çatdığını etiraf etmişdi.

Müğənni Şəhla Həmidovaya isə həyat yoldaşı həm xəyanət edib, həm də maddi ziyan vurub: “Ona çox dözdüm. Məndən borc istədi, mən də qohumlarımdan alıb verdim. İşlərini qaydasına qoyub qaytaracağını bildirdi. Sonra o pulun da axırına çıxdı. Az qalmışdı ki, mənim də axırıma çıxsın. Dava-dalaşı keçmək olardı, amma sonradan qulağıma gəldi ki, mənə xəyanət edir. Buna görə də boşandım”.

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov da gənc arvadının xəyanətinə uğrayan məşhurlardandır. 61 yaşlı oliqarx boşadığı gənc arvadı Tatyana Əhmədovanı çoxsaylı eşq xəyanətlərində, həmçinin oğlunun sinif yoldaşının qardaşı ilə, ittiham etmişdi.

Təbii ki, xəyanət üstündə boşanıb, sonradan barışanların sayı elə də çox deyil. Yerli məşhurlarımız arasında bilinən sadəcə Musa Musayevlə Təranə Qumral cütlüyüdür. M.Musayev həyat yoldaşını yataqda başqa kişi ilə tutduğunu deyib, ondan boşanmışdı. “Təranədən çoxdan şübhələnirdim. Telefonda başqa bir kişi ilə danışdığını, onunla eşq yaşadığını hiss edirdim. Amma dünən onları öz evimizdə, yataq otağında tutdum. Təranəni ov tüfəngi ilə vurmaq istədim, alınmadı, qaçıb qonşuda gizləndi. O, məndən 17-ci Polis Bölməsinə şikayət edib”, – deyə açıqlama verən M.Musayevin sözləri yerli mediada yetərincə qalmaqala səbəb olmuşdu. İndilərdə cütlük yenidən barışıb və həyatlarına heç nə olmamış kimi davam edirlər.

Xalq artisti Rafael Dadaşov da öz həyat yoldaşından xəyanət görmüşdü, o da daha sonra onu bağışlamışdı./Dərgi.az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26