BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

«Mədəniyyət və incəsənət xadimləri arasında hərbi vətənpərvərlik ideyalarının təbliği» layihəsinin tədbir və seminarları keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

«Zirvə» mədəniyyət və incəsənət ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə «Mədəniyyət və incəsənət xadimləri arasında hərbi vətənpərvərlik ideyalarının təbliği» layihəsi çərçivəsində ilk tədbir və seminarları 02.10.2019, 03.10.2019, 04.10.2019-cu il tarixlərdə AQMKGT-ın resurs və təlim mərkəzində həyata keçirib.

İstixeber.info xəbər verir ki, tədbiri giriş sözü ilə təşkilatın sədri Şahin Qədirov açıq elan edərək öncə Ümummilli Liderimiz Heydər Əliyevin və cəmi şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi tədbir iştirakçılarından xahiş edib. Sonra mədəniyyət və incəsənət nümayəndələrini və qonaqları salamlayaraq mədəniyyət və incəsənət əsərlərinin insan şüuruna, dünya görüşünə obrazlı təsirindən geniş söhbət açıb. O, bildirib ki, xalq qəhrəmanlarımız  sazın, qopuzun, qara zurnanın sədaları altında döyüşə atılıblar. Musiqi, poeziya döyüşşçülərimizin qanlarını coşduraraq onları qələbədən, qələbəyə aparıb. Qəhhrəmanlarımız haqqında nəğmələr, dastanlar qoşulub. Bu da digər döyüşçülərimizi, gənc əsgərlərimizi onlara bənzəməyə sövq edib. Əlavə olaraq qeyd edib ki, 20 faizdən çox torpaqlarımızın işğalda olmasını nəzərə alaraq bu gün də bu cür təbliğata, qəhrəmanlarımız haqqında yeni nəğmələrə, bədii əsərlərə ehtiyac var.

Ekspertlərdən şair İlham Qəhrəman  çıxışında vurğuladı ki, saz havası üstə cəngi, muğam üstə heyratı, Üzeyir Hacıbəyovun Koroğlu Üverturası nəinki gənc əsgər və zabitləri, hətta yaşlı insanların belə qanını coşduraraq düşmənin üstünə əliyalın atılmağa cəsarətləndirir, şirə, pələngə çevirir. Sonra o son vaxtlar işıq üzü görən kitabından  vətənpərvərlik mövzusunda şer oxudu.

Bölgə üzrə mədəniyyət eksperti, müharibə iştirakçısı Elxan Qədirov söz alaraq, yeni nəslin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bu sahə hər zaman dövlətimizin diqqət mərkəzindədir.

Müharibə veteranı, hərbi müəllim Xanəli keçdiyi döyüş yolundan, 1990-cı illərdə baş verən hərbi toqquşmalar zamanı hərbi hissələrimizin vahid komandanlıq altında fəaliyyət göstərməməsinin vurduğu zərərlərdən ətraflı məruzə etdi.Bildirdi ki, bu gün vahid komandanlığa tabe olan ordumuzun uğurları artmaqdadır. Bu uğurları daha da möhkəmləndirməkçün hərbi vətənpərvərlik nəğmələrinin, marşlarının yaranması zəruridir.

Tədbirdə psixoloq Güldərən Zeynalovanın, digər mədəniyyət və incəsənət nümayəndələrinin maraqlı çıxışları oldu.

 «Mədəniyyət və incəsənət xadimləri arasında hərbi vətənpərvərlik ideyalarının təbliği»  layihəsi 03.10.2018, 04.10.2018-il tarixlərdə öz işini davam etdirdi. Layihənin seminar bölməsi layihə rəhbəri Şahin Qədirov, ekspertlərdən İlham Qəhrəman, Xanəli Məmmədov tərəfindən  icra edildi.

Seminar  mədəniyyət və incəsənətin bütün sahələrində fəaliyyət göstərən istedadlı, yaradıcı şəxslərin bir araya gətirərək müvafiq sahədə birgə fəaliyyətin  təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai  birliklər, icmalar dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılması və s. mövzuları əhatə etdi.İştirakçıları narahat edən bütün suallara aydınlıq gətirildi.

Yaradıcı gənclərdən Aytac Məmmədli layihənin işçi qrupuna və tədbirin təşkilatçılarına minnətdarlığını  bildirərək, bu cür maarifləndirici görüşlərin incəsənət və mədəniyyət nümayəndələri arasında mütəmadi təşkilinin əhəmiyyətindən söhbət açdı və belə maarifləndirmə tədbir və seminarların bu sahəyə təkan verəcəyinə inandığını bildirdi.

Sonda tədbir iştirakçılarına dəftərxana ləvazimatları paylanıb. Çay-kofe süfrəsi arxasında ekspertlərlə mədəniyyət nümayəndələrinin  səmimi fikir mübadilələri davam edib.Tanınmış vakal ifaçısı Orxan Cabbarovun hərbi vətənpərvərlik mövzusunda ifa etdiyi nəğmələr maraqla dinlənib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26