BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

HACIQABULDA “SEYİD” LƏQƏBLİ NARKOTACİR SAXLANILIB – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Zakir Qəhrəmanov saxlanılıb. Onun üzrinə keçirilən baxış zamanı 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı Z.Qəhrəmanov narkotik vasitəni “Seyid” ləqəbi ilə tanınan şəxsdən 50 manata aldığını bildirib. Əməliyyat tədbirinin davamı olaraq həmin şəxsin rayonun Rəncbər kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 41 yaşlı Mirhəmid Mehdiyev olduğu məlum olub. Polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilən M.Mehdiyevin əlindəki sellofan torbadan 1ədəd şüşə və 1 ədəd plastik qabda qurudulmuş marixuana, üzərinə keçirilən baxış zamanı isə 2 ədəd bükümdə heroin və 3 ədəd bükümdə marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26