BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Tələbəsinin körpəsini kürəyinə bağlayaraq dərs keçdi – İBRƏTAMİZ… – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ABŞ-da bir universitet tələbəsi körpəsini dərsə gətirmək məcburiyyətində qalınca çarəni müəllim tapıb. Fədakar müəllim körpəni kürəyinə bağlayaraq anasının rahat şəkilə dərsdə iştirak etməsinə şərait yaradıb. 

İstixeber.info xəbər verir ki, ABŞ-ın Georgia əyalətində yerləşən universitetdə təhsil alan və kiçik körpəsi olan ana hər zaman olduğu kimi dərsə getmədən əvvəl uşağın baxıcısına zəng vurub. Ancaq körpənin baxıcısı xəstə olduğunu və gələ bilməyəcəyini söyləyib.

Gənc ana uşağını əmanət edə biləcəyi kimsə olmadığı üçün universitetə körpəsi ilə gedib. Tələbəsinin dərsə körpəsi ilə gəldiyini görən müəllim körpəni anasından alıb və bir masa örtüyü ilə uşağı kürəyinə bağlayıb.

Professor Ramata Sissoko Kissin qızı anasının dərs izah edərkən çəkilən fotosunu sosial mediada paylaşaraq altına bu qeydləri yazıb: “Mənim əsil bir Afrikalı ana olan anam tələbəsinin körpəsini kürəyinə bağlayıb. Acdığı zaman isə yeməyini verərək 3 saat ərzində dərs keçib. Dünyanı ən az övladları qədər sevən bir ana tərəfindən böyüdüldüyüm üçün özümü çox xoşbəxt hiss edirəm”.\moderator.az

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26